Haqqımızda

Orvita Psixoloji Reabilitasiya 2017-ci ildə Orvita Psixoloji Reabilitasiya Mərkəzi adı altında Ramidə Oktayqızı tərəfindən təsis edilmişdir. İlk vaxtlar 4 işçi, Psixoloq,Loqoped, İdman müəllimi və köməkçisi ilə işə başlayıb. Orvita Psixoloji Reabilitasiya Mərkəzi daha sonra genişlənərək daha çox mütəxəssislə fəaliyyət göstərir.

Fəaliyyət sahələri:
  • Psixoloji seanslar 
  • Loqopedik seanslar
  • Pedaqoji seanslar
  • Müalicəvi idman (MBT)
  • Refleksoloji masaj
  • Duyğu bütünləmə
  • Oyun terapiyası
  • Uzay terapiya
  • Günərzi bərpa qrupları
  • Özünə qulluq vərdiləri
  • Tualet vərdişləri və s.

Mərkəzimizdə fəaliyyət göstərən mütəxəssislər öz ixtisasları üzrə Ali təhsil almışdırlar. Və davamlı olaraq özlərini inkişaf etdirmək üçün seminar, treninqlər, təlimlərdə iştirak edirlər. Gülərüz və mehriban kollektiv daima valideyinlərə yüksək səviyyədə xidmət göstərirlər. 2018-ci ildə Mərkəz daha da təkmilləşərək “Orvita Psixoloji Reabilitasiya Mərkəzi MMC” kimi fəaliyyətə başladı. Davamlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqəlim etdiyi Tender və layihələrdə iştirak edir və uğurlu nəticələrlə insanları sevindirirlər.

Layihə və Tenderlər
  • Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla reabilitasiya işi,
  • Şəkərli diabetli uşaqlarla psixoloji iş,
  • Dayələrin yetişdirilməsi və psixoloji dəstək,
  • Autizm Spektor Pozuntusu olan uşaqlarla reabilitasiyası,
  • Aztəminatlı ailələrə ödənişsiz psixoloji seansların keçilməsi,
  • Uşaq evlərində böyüyən uşaqlara psixoloji dəstək,
  • Serebral iflic insanlarla reabilitasiya işi, 
  • Fiziki məhdudiyyətli insanlarla psixoloji iş və s.

Mərkəz il boyu Şəhid ailələri və Qazilərlə reabilitasiya yönümlü və psixoloji işlərlə təmənnasız şəkildə çalışır. Davamlı olaraq, TV, Radio verilişləri vasitəsilə maariflindirmə yönümlü məlumat və çıxışlar, mərkəzin rəhbər və mütəxəssisləri tərəfindən həyata keçirilir. Bir çox rayonlarda Psixo-sosial layihələr həyata keçirmişlər və davam etməkdədirlər.

Azərbaycan Respublikası daxilində 450-ə yaxın sahibkarın bir yerə toplandığı bir şirkətdə Orvita PRM olaraq da iştirak edirlər. Şirkətlərlə kooperativ və fərdi görüşlər təşkil edərək fəaliyyət planlarını genişləndirirlər.

Mərkəzin təsisçisi və rəhbəri Psixo.üzrə fəl.dok Ramidə Oktayqızı Məmmədova Mərkəzə müraciət edən hər bir insana fərdi yanaşaraq, problemə uyğun proqramla işləməyə üstünlük verir. Belə ki, hər bir uşaq üçün mərkəzdə “Fərdi Proqram” tətbiq olunur, sonra mütəxəssislərlə bu yönümdə qarşılıqlı müzakirələr aparılır.

Mərkəzin bir çox fəaliyyət sahələri vardır ki, buda insanlara daha yaxşı və səmərəli fayda verməyə yönəlib. Davamlı olaraq, seminarların, təlimlərin təşkili mərkəzin daha da inkişaf etməsindən xəbər verir.

Uşaqların və valideynlərin anonim, sərbəst və istəklərinə uyğun olaraq, cədvəlin tərtibi böyük rəğbətə səbəb olur. Seanslar fərdi və qrup şəklində keçirilir.

Hal-hazırda Mərkəzdə 18 işçi heyəti vardır ki, yüksək keyfiyyəti qorumaq üçün mübarizə aparırlar.

Orvita PRM ailəsi fəaliyyət sahəsini genişləndirərək, istəkləri nəzərə alaraq, Nizami rayonu, Q.Qarayev metrosunun yanı, K.Balakişiyev 15 ünvanında və Əhmədli qəsəbəsi, Əhmədli metrosunun yanı, Sarayevo 18C- də fəaliyyət göstərir.

Məqsədimiz- Azərbaycanın bütün bölgələrində, mütəxəssis olaraq və vicdanlı çalışaraq xidmət göstərməkdir. Çalışırıq ki, bizə ehtiyacı olan istər böyüklərdə, istər uşaqlarda psixoloji, pedaqoji, loqopedik və digər problemlərdən azad olunmasına kömək göstərək.

Orvita PRM-in mükafatları:
  • Fotofakt Media 
  • El Media Group
  • ƏƏSMN-nin “İlin Mərkəzi” adına layiq görülüb.

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.